"Qaçqınkom"un kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, komitənin kollektivi müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüb.

Digər xəbərlər