Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” qanunu imzalayıb.
“Report” xəbər verir ki, qanunla Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilib.