Mərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən ziyarətgahın təmir-bərpa işlərinə Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat ayrılacaq. 

Digər xəbərlər