Prezident Madər Musayevi “Şərəf” ordeni ilə təltif edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Madər Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Madər Ələsgər oğlu Musayev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, noyabrın 26-da deputat Madər Musayevin 70 yaşı tamam olur.

Digər xəbərlər