Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov davamiyyətlə bağlı deputatlara xəbərdarlıq edib.
“Report”un xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında sədr deyib ki, deputalar Milli Məclisin iclasında iştirak etməlidirlər: “Necə edək? Günün ikinci yarısında da qeydiyyatdan keçməliyik? Biri deyir, görüşüm, işim vardı. Bura seçilmisənsə, işin burada olmalıdır, görüş yeriniz Milli Məclisdir”.
O.Əsədov deputatlarə bu məsələdə diqqətli olmağa çağırıb.