Novruz Məmmədov Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi şöbə müdiri vəzifəsindən azad edilib

Bakı. 21 aprel. REPORT.AZ/ Novruz Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Digər xəbərlər