Naxçıvan Penitensiar Xidmətin rəisinə ədliyyə general-mayoru rütbəsi verilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Etibar oğlu Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Digər xəbərlər