Bakı. 7 aprel. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında gündəlikdəki qanun layihələrindən biri - Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi gündəlikdən çıxarılıb.
“Report”un xəbərinə görə, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, bunun səbəbini də açıqlayıb: “Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti vaxt istəyib. Biz də ona görə bunu gündəlikdən çıxardıq. Bu məsələyə tezliklə baxılacaq”.