Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul dekabrın 5-i saat 10:00-da Xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında olacaq. Xidmət rəisi Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 2 dekabr 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.