MSK sədri beynəlxalq təşkilatları seçici imzalarının yoxlanılması prosesində iştirak etməyə çağırıb

Bakı. 27 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq təşkilatları namizədliyi irəli sürülən şəxslərlə bağlı sənədlərin, o cümlədən seçici imzalarının yoxlanılması prosesində iştirak etməyə çağırıb.

“Report”un xəbərinə görə, M.Pənahov deyib ki, bu proses tam şəffaf həyata keçirilir.

O deyib ki, namizədlərlə bağlı təqdim olunan sənədlərlə maraqlanan şəxslər MSK-ya müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39