Milli Məclis bir sıra qanunlara dəyişiklik edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, bunlar "Təhsil haqqında", “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", Nəşriyyat işi haqqında", "Lotereyalar haqqında" qanunlarıdır.
Dəyişiklik layihələri ilə bağlı Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.
Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Digər xəbərlər