Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 19-da Naftalanda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan keçiriləcək qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinləri qəbul ediləcək:
"Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".