1992-ci ildə ermənilər körpə uşaqlarla bizi qovdular. Bakıda, Gəncədə yaşadıq. Şükür ki, yerimiz-yurdumuz işğaldan azad edildi.
"Report" xəbər verir ki, bunu növbəti karvanla Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Səmayə Ağalarova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər zaman işğaldakı torpaqların həsrətində olub:
"Şəhidlərimizə Allah rəhmət eləsin, prezidentimiz İlham Əliyevə, qazilərimizə cansağlığı versin. Həmişə torpaqlarımızın həsrətində olmuşuq. Dörd körpə ilə oradan çıxmışdıq, indi isə doqquz nəvəmlə qayıdıram".