Baş prokurorun müavini: "Bank sahəsi ilə bağlı şikayətlər artıb"

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

"Report"un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.

K.Əliyev qeyd edib ki, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Hazırda idarədə mənzil-tikinti sahəsi və bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".

Digər xəbərlər