Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı hökmün icra olunmamasına münasibət bildirib

İranda səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində qarşı tərəflə əlaqələr davam edir.

“Report” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, prokurorluq bu işlə daimi əlaqədədir: “Prosessual qayda var. Yəni İran Ali Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü təsdiq etməlidir”.

K.Əliyev qeyd edib ki, bundan sonra hökm icra ediləcək.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39