Jurnalistlər MSK-da prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Kütləvi İnformasiya Vasitələrinin (KİV) əməkdaşları Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar.

“Report”un xəbərinə görə, bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər.

MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “Mərkəzi Seçki Komissiyası imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39