79 saylı İmişli seçki dairəsində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə davam edir.
"Report"un Mil-Muğan bürosu xəbər verir ki, artıq səhər saat 08:00-dən etibarən səsvermə başlayıb.
Qeyd edək ki, 79 saylı İmişli seçki dairəsi üzrə 43 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairə üzrə şəhər ərazisində 15, kəndlərdə isə 28 məntəqə var. Bunlardan 5-də seçki prosesini izləmək üçün müşahidə kameraları yerləşdirilib.
Bu dairə üzrə 41 641 seçici var. Onlar 319 namizəddən 120 nəfərini bələdiyyə üzvü seçməlidirlər. Hazırda səsvermə prosesini 300-dən çox müşahidəçi izləyir.