Hüquq müdafiəçisi: "Amnistiya Aktının tətbiqində sui-istifadə halları ola bilməz"

"Ümid edirəm ki, Amnistiya Aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq, daha qısa müddətdə icra olunacaq".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, "Konstitusiya araşdırmaları" Fondunun prezidenti Əliməmməd Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının imzalanmasından dərhal sonra 100-dən çox şəxs azadlığa çıxıb: "Düşünürəm ki, bir ay müddətində icra yekunlaşa bilər. Amnistiya Aktının tətbiqində sui-istifadə halları ola bilməz".

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39