Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzərək ruhuna dualar oxuyublar.
Xatırladaq ki, 220 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian Təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib. Ancaq köhnə rus tarixi mənbələrində 03 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da, 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.
Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2023-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, türbənin dam örtüyü, fasad və daxili hissəsi təmir olunub.
Gəncədə Cavad xanın xatirəsi anılıb
Digər xəbərlər
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
08 noyabr, 2026 / 23:04
Xankəndidə Zəfər Günü münasibətilə keçirilmiş konsertdən sonra atəşfəşanlıq olub
08 noyabr, 2026 / 23:01
SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib
08 noyabr, 2026 / 22:54
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
08 noyabr, 2026 / 21:38
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
08 noyabr, 2026 / 21:33
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08 noyabr, 2026 / 21:14
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
08 noyabr, 2026 / 21:06
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub
08 noyabr, 2026 / 19:50
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
08 noyabr, 2026 / 19:37
ANAMA-nın kollektivi Zəfər abidəsini ziyarət edib
08 noyabr, 2026 / 18:06
Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub
08 noyabr, 2026 / 17:58
Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
08 noyabr, 2026 / 17:52
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
08 noyabr, 2026 / 17:50
XİN-in kollektivi Zəfər parkını ziyarət edib
08 noyabr, 2026 / 17:43
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib
08 noyabr, 2026 / 17:27
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
08 noyabr, 2026 / 16:52
Ombudsman Aparatının kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb
08 noyabr, 2026 / 16:24
Göygöl rayonunda Zəfər Günü qeyd olunub
08 noyabr, 2026 / 16:21