Gənc istedadlara xüsusi təqaüd vermək üçün 62 min manata yaxın pul ayrılıb - SƏRƏNCAM

Azərbaycanda gənc istedadlara xüsusi təqaüdlər veriləcək.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla adları "Qızıl kitab"a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.

Digər xəbərlər