Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin ilə görüşü zamanı danışıb.

Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin və səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında və regionda sülhün təmin olunmasında ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. O, Azərbaycanın da ABŞ ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitinə toxunan dövlət başçısı regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşadığımızı bildirib.

Digər xəbərlər