Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, aksiyanın keçirilməsində məqsəd Azərbaycanda ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Mərkəzin ərazisində keçirilən ağacəkmə aksiyasında Aran Regional Mərkəzinin şəxsi heyəti, eləcə də Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak ediblər.