Bakı. 28 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan MR-nin Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin".