Əfv Komissiyasının növbəti iclası bu həftə keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək.

“Report”un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Xatırladaq ki, bu il Əfv Məsələləri Komissiyasının 3 iclası keçirilib, daxil olan 1000-dək müraciətdən 300-nə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Digər xəbərlər