Ədliyyə Nazirliyi: "İl ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir"

"Son dövrlər ölkədə rəqəmsal hökumətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geri qalmır".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O bildirib ki, 20-dən çox dövlət qurumu fəaliyyətləri çərçivəsində nazirliyin elektron notariat sistemləri ilə inteqrasiyasına çalışırlar: "Bu gün 24 dövlət orqanının 40-dan çox informasiya resursu nazirliyin elektron rəqəmsal sistemləri ilə inteqrasiya edir. İl ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir. Onu da qeyd edim ki, inteqrasiyaların böyük əksəriyyəti elektron hökümət və "ASAN Bridge" platformaları üzərindən təmin edilib".

Digər xəbərlər