Deputat Məlahət İbrahimqızı “Şöhrət” ordeni ilə təltif edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Məlahət İbrahimqızının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahim qızı İbrahimqızı “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iki gün əvvəl deputat Məlahət İbrahimqızının 60 yaşı tamam olub.

Digər xəbərlər