Əfv Komissiyasının növbəti iclası keçirilib, müraciətlərin sayı 200-ü ötüb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, toplantıda 100-dən çox müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 200-ü ötüb.

09.51

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Komissiyanın aprelin 26-da keçirilən ilk iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Digər xəbərlər

Bakıda yeni park salınır 27 oktyabr, 2026 / 10:20