Biləsuvarda “20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib

Biləsuvarda “20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilən tədbirdə əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və gənclər iştirak ediblər.

Çıxış edən natiqlər tədbirin məqsədi və əhəmiyyətindən, tarixi faktlardan, gənclərin vətənpərvərlik tərbiyəsindən, Ulu Öndər Heydər Əliyevin hadisələrə siyasi-hüquqi qiymət verməsindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsindəki qələbədə gənclərin qəhrəmanlığından, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan, onların sosial müdafiəsi sahəsində həyata keçirilən siyasətdən və qarşıda duran mühüm vəzifələrdən ətraflı danışıblar.

Tədbir iştirakçıları öz çıxışlarında 33 il əvvəl xalqımıza qarşı törədilmiş faciəni, qanlı cinayət əməllərini qətiyyətlə pisləyib və qeyd edilib ki, 20 yanvar hadisələrində azadlıq uğrunda, canlarından keçərək Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

Sonda “Qanları ilə azadlıq dastanı yazanlar” adlı videoçarx nümayiş etdirilib.

Digər xəbərlər