Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Bakı. 30 aprel. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbəyə görə Sizi beynəlxalq cüdo cəmiyyəti adından və şəxsən öz adımdan təbrik edirəm.

Yenidən Prezident seçilməyiniz Zati-alinizin güclü və müdrik liderliyinin sübutudur. Əminəm ki, Prezidentliyinizin yeni dönəmində də Azərbaycanın inkişafı davam edəcək, xalqınızın rifahı daha da yaxşılaşacaq".

Digər xəbərlər