Bələdiyyələr vətəndaşın vergilər və ödənişlərlə bağlı borcları barədə arayışı 1 gün müddətində verəcəklər

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanda bələdiyyələr vətəndaşın vergilər və ödənişlərlə bağlı borcları barədə arayışı 1 gün müddətində verəcəklər.

"Report"un xəbərinə görə, bununla bağlı “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Əvvəlcə bu müddət 5 gün idi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Digər xəbərlər