Baş Prokurorluq "Özəl sektorda anti-korrupsiya standartları" mövzusunda kitab hazırlayıb

Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb

"Report"un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev "Biznes və insan hüquqları konteksində şəffaflığın təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, kitab Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanıb: "Vəsait artıq bir çox biznes subyektlərinə təqdim edilib. Qeyd olunan vəsait milli qanunvericilik beynəlxalq hüquq normaları ilə müqayisəli şəkildə təhlil edilərək və bir sıra beynəlxalq təcrübələrdən faydalanaraq hazırlanıb".

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39