Bakı. 9 iyun. REPORT.AZ/ “Azərbaycan gender bərabərliyinə həssas yanaşır. Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, dünyada qadınlarla kişilər arasında hüquq bərabərliyinin pozulması faktları var: “Yəni, qeyri-bərabərlik mövcuddur. Təhsil səviyyəsinə görə də qeyri-bərabərlik mövcuddur. Təhsil hüququndan məhrum olanların 3/2 qadımlardır. Bu cür mənzərələrin aradan qaldırılması üçün iş aparılır. Dünyanın 140 ölkəsinin konstitusiyasında qadınlarla kişilərin bərabərliyi əksini tapıb, amma real həyatda bunun əksi olur. Gender bərabərliyi olan ölkələr inkişaf etmiş ölkələrdir. Bu siyahıda Skandinaviya ölkələri öndədir. Amma Yaponiya bu məsələdə çox geridir. O cəmiyyətlərdə ki insanların potensialından tam istifadə olunur, o ölkələr inkişaf edir. Azərbaycan cəmiyyəti dünyanın ayrılmaz hissəsi kimi bu məsələlərə həsaslıqla yanaşır”.
Baş nazirin müavini qeyd edib ki, cəmiyyətdə qadına xüsusi hörmət olunmalıdır: “Azərbaycanda qadının ictimai, siyasi həyatda rolunun artırılmasına çalışılır. Bu, hər bir müasir cəmiyyətin qarşısında duran əsas vəzifədir. Ölkəmizdə qadınlar bir sıra sahələrdə-Təhsil, səhiyyə sahəsində öndədirlər. Bir çox qurumlara qadınlara rəhbərlik edir, Azərbaycan Milli Məclisində 19 qadın deputat var. Amma biz bunu tam təkmil hesab etmirik. Azərbaycanda qadın sahibkarlar da var. Eyni zamanda bizi narahat edən məsələləri həll etməliyik”.
Baş nazirin müavini: "Azərbaycan gender bərabərliyinə həssas yanaşır"
Digər xəbərlər
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
08 noyabr, 2026 / 00:07
Bu gün Azərbaycanda Zəfər Günüdür
08 noyabr, 2026 / 00:00
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
07 noyabr, 2026 / 22:16
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
07 noyabr, 2026 / 21:17
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
07 noyabr, 2026 / 20:33
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
07 noyabr, 2026 / 20:04
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
07 noyabr, 2026 / 19:53
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
07 noyabr, 2026 / 19:15
ASAN xidmətin ixrac coğrafiyasına yeni ölkələr daxil olur
07 noyabr, 2026 / 18:32
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
07 noyabr, 2026 / 18:27
Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib - Yenilənib
07 noyabr, 2026 / 18:12
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
07 noyabr, 2026 / 17:42
Marneulidə Zəfər Gününə həsr olunmuş Zəfərdən Doğan Qürur tədbiri keçirilib
07 noyabr, 2026 / 17:28
Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə şənlik keçirilib
07 noyabr, 2026 / 16:59
Zəfər Günü xalqın Vətən uğrunda fədakarlığını bütün dünyaya nümayiş etdirir - Rəy
07 noyabr, 2026 / 16:06
FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
07 noyabr, 2026 / 15:28