Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda dekabrın 21-də “İslam Həmrəyliyi ili”nin yekunlarına dair beynəlxalq konfrans keçiriləcək.
“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı Türkiyədə “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda təşkil edilən beynəlxalq konfransla bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, konfransda dini liderlərin iştirakı gözlənilir: “Konfransda Roma Papasının və digər dini liderlərin müraciəti oxunacaq”.