Bakı. 24 aprel. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təşkilaçılığı ilə “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Report”un xəbərinə görə, tədbirin məqsədi qondrama “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl məqsədinin üzə çıxarılması, əslində soyqırıma ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarət olub.
Tədbiri giriş sözü ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri İsmayıl Axundov açıb. O, tədbirlə bağlı ümumi məlumat verib.
Sonra çıxış edən “Tələt Paşa” Komitəsinin sədri Ali Erdinç çıxış edərək deyib ki, Türkiyə və Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmalıdırlar: “Biz yetərli mübarizə aparmasaq, onlar öz yalanlarını daha da artıracaqlar. Ona görə də biz erməni yalanlarını bütün dünyaya tanıtmaq üçün bu yola çıxdıq və haqq işimizi dünyaya çatdıracağıq. Ermənilər 1915-ci ildə Vanda 25 min insanı qətlə yetirdilər, Van qətliamı ilə yanaşı İstanbul, Ərzurum və digər şəhərlərdə 10 minlərlə insan öldürüldü. Onlar 1918-ci ildə Bakıda 10 minlərlə insan qətlə yetirdi. Biz bütün dünyaya bu qətliamlarla bağlı məlumatları çatdırmalıyıq. Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinə dəstək veririk”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse prezidenti, Dövlət Komissiyasının üzvü İsa Həbibbəyli bildirib ki, Azərbaycan və Türkiyə alimlərinin bu məsələ ilə bağlı faktlarının bir neçə dildə yayımlanması nəticəsini verir: “Biz bəşəriyyəti erməni yalanından xilas etməliyik. Bu istiqamətdə iş aparılır. “Böyük Ermənistan” iddiasından çıxış edərək xəritə tərtib ediblər. Bəs o zaman digər xalqların vətəni hara olub? Onların iddiası uydurmadan başqa bir şey deyil. Onlar tarixi saxtalaşdırırlar. Bu məsələyə ikili standartlarla yanaşanlar da haqsızlığın tərəfindədirlər. Ermənistanın bu yalanlarına inan bəzi Avropa dövlətləri yanlış yoldadırlar. Çalışıb ermənilərin yalanlarını ifşa etməliyik. Azərbaycana gələn alimlər xalqımızın mövqeyi ilə həmrəy olduğunu bildirirlər”.
İ.Həbibbəyli deyib ki, ermənistanın işğalçılıq siyasətinə dünya inanmamaldır: “Bunun üçün də Türkiyə və Azərbaycan alimləri həmrəy olmalıdırlar. Ermənistan işğalçı dövlətdir. O dövlət boş xülyadan başqa bir şey deyil. Haqlı mövqedə olan Azərbaycandır”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanasının şöbə müdiri Nazim Mustafa çıxış edərək tarixi faktları açıqlayıb.
Moldova Respublikasının keçmiş Parlament Ombudsmanı Aureliya Qriqoriu bu məsələ ətrafında danışıb. O bildirib ki, Ermənistan monoetnik dövlətdir və öz ərazisində digər xalqların nümayəndələrini görmək istəmir: ”Bu, təkcə türklərə qarşı deyil, bütün dünya xalqlarna qarşı edilir. Onlar iddiaları ilə bağlı məlumatların tirajlanması üçün xarici media qurumlarından istifadə edirlər, aktivlik göstərirlər”.
Digər tədbir iştirakıları da mövzu ətrafında çıxış edərək, fikirlərini ifadə ediblər.
Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib
Digər xəbərlər
Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb
23 oktyabr, 2026 / 20:33
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
23 oktyabr, 2026 / 15:24
İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
23 oktyabr, 2026 / 12:33
Fərhad Xəlilov İstiqlal ordeni ilə təltif edilib
23 oktyabr, 2026 / 12:27
Mürsəl İbrahimov Şuşada vətəndaşları qəbul edib
23 oktyabr, 2026 / 12:19
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
23 oktyabr, 2026 / 11:52
Cəlilabadın icra başçısına yeni müavin təyin olunub
23 oktyabr, 2026 / 11:12
DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
23 oktyabr, 2026 / 10:08
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
22 oktyabr, 2026 / 18:22
Ağdam, Ağdərə və Tərtərdə minalanmış bəzi sahələrin koordinatları müəyyənləşib
22 oktyabr, 2026 / 13:48
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 oktyabr, 2026 / 13:31
Qərbi Azərbaycanın yaddaş yerləri: Ardanış kəndinin tarixi keçmişi
22 oktyabr, 2026 / 12:52
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
22 oktyabr, 2026 / 12:19
Yardımlıya yeni icra başçısı təyin edilib
22 oktyabr, 2026 / 12:17
Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib
22 oktyabr, 2026 / 12:15
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
22 oktyabr, 2026 / 12:14
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
22 oktyabr, 2026 / 10:58
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
21 oktyabr, 2026 / 18:41
İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
21 oktyabr, 2026 / 17:11