Azərbaycanda daha 162 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib. Hazırda 3 304 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, bu günə qədər isə ümumilikdə 2 426 945 test icra olunub.

Digər xəbərlər