Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı əsasında azadlığa buraxılan məhkum Seyidağa Məmmədzadə dövlət başçısına təşəkkür edib.
"Report" xəbər verir ki, o, bunu amnistiya aktının icrası zamanı jurnalistlərə açıqlamasında deyib.
Seyidağa Məmmədzadə həmçinin amnistiya aktının icrasınadək cəzasının yarısını çəkdiyini bildirib:
"Prezident İlham Əliyevə amnistiya təşəbbüsünə görə təşəkkür edirəm. Yaxınlarım azadlığa çıxmağıma çox sevindi. Digər məhkumlara da azadlıq arzulayıram. Azadlığın qədrini bilib cinayətdən uzaq durmaq lazımdır".