Bakı. 6 iyun. REPORT.AZ/ "Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslara vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir".
"Report"un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O qeyd edib ki, Vəkillər Kollegiyasına qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: "Vəkilliyə qəbul imtahanlarından kəsilənlər arasında dövlət qulluğunda çalışanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlatdan kəsilənlər sırasında digər partiya mənsubiyyəti olanlar da var".