ANAMA işçi axtarır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, namizədlərin müvafiq vəsiqə və sertifikatları, sözügdən sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.

Digər xəbərlər