Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, yeddinci çağırış Naxçıvan MR Ali Məclisinin 2026-cı il payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək.

İclasın gündəliyinə bir məsələ daxil edilib.

Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi məsələsinə baxılacaq.

Digər xəbərlər