Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində saat 12:00-a olan məlumata görə, 202 (ümumi seçicilərin 15,4%-i) nəfər səs verib.
"Report” xəbər verir ki, bu məntəqənin seçici siyahısında 1 312 nəfərin adı var.
Seçki prosesini 71 nəfər müşahidəçi izləyir.
Müşahidəçilərdən 16 nəfəri xaricidir.