"Zəyəm Texnologiyalar Parkı"nın səhmləri BFB-nin listinqinə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Zəyəm Texnologiyalar Parkı" ASC-nin ümumi dəyəri 18 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" xəbər verir ki, bu barədə BFB məlumat yayıb.

Bildirilir ki, səhmlərin yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixlərini əhatə edəcək. Yerləşdirmənin başlanmasına azı 2 iş günü qalmış onun tarixi BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin hesabatlılığı" (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

AZ1001003453

Adi adlı sənədisiz səhm

18 000 000

1

AZN

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Digər xəbərlər