Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 5 523 elektron satınalmanı təsdiqləyib.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, bu satınalmaların ümumi məbləği 2,7 milyard manat olub. Elektron satınalmalarda orta iştirakçı sayı isə 3,5 təşkil edib.
Hesabat dövründə ən aşağı qiymət təklifinin payı 72 % olub.
Ümumi məbləği 53,1 milyon manat olan 2 445 açıq tender və 3 078 kotirovka sorğusu baş tutub.
Bildirilib ki, rəqabətli satınalma mexanizmi daha çox təklifin müqayisə edilməsinə və satınalan təşkilat üçün daha əlverişli şərtlərin müəyyənləşdirilməsinə imkan yaradır.