Bu ilin yanvar ayında Azərbaycanın əsas ticarət tərəfdaşları ilə əmtəə dövriyyəsi 80,25 % (1,776 milyard ABŞ dolları) artaraq 3,989 milyard ABŞ dolları təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 əsas ticarət tərəfdaşı ilə əmtəə dövriyyəsinin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 78,37 % olub.
İtaliya hesabat dövründə 1,432 milyard ABŞ dolları məbləğində əmtəə dövriyyəsi (illik artım 2,86 dəfə) ilə Azərbaycanın ən böyük ticarət tərəfdaşı statusunu qoruyub.
Növbəti pillələrdə Türkiyə (483,292 milyon ABŞ dolları; +1,63 %), Rusiya (411,813 milyon ABŞ dolları; +36,98 %), Çin (379,557 milyon ABŞ dolları; +43,34 %) və Almaniya (283,431 milyon ABŞ dolları; +29,3 %) qərarlaşıb.
| 2025-ci ilin yanvar ayında TOP-10 | 2024-cü ilin yanvar ayında TOP-10 | ||||
| Ölkələr | Ticarət dövriyyəsi ($) | Ümumi ticarət dövriyyəsində xüsusi çəki | Ölkələr | Ticarət dövriyyəsi ($) | Ümumi ticarət dövriyyəsində xüsusi çəki |
| İtaliya | 1 432 818,370 | 28,15 % | İtaliya | 499 636,460 | 16,73 % |
| Türkiyə | 483 292,950 | 9,49 % | Türkiyə | 475 522,570 | 15,92 % |
| Rusiya | 411 813,070 | 8,09 % | Rusiya | 300 643,880 | 10,07 % |
| Çin | 379 557,030 | 7,46 % | Çin | 264 801,070 | 8,87 % |
| Almaniya | 283 431,900 | 5,57 % | Almaniya | 219 210,410 | 7,34 % |
| Avstraliya | 226 683,210 | 4,45 % | İsrail | 120 478,02 | 4,03 % |
| Çexiya | 208 500,050 | 4,1 % | Hindistan | 93 932,520 | 3,15 % |
| Böyük Britaniya | 193 992,720 | 3,81 % | Yunanıstan | 89 416,500 | 2,99 % |
| Xorvatiya | 188 904,310 | 3,71 % | ABŞ | 78 838,480 | 2,64 % |
| Meksika | 180 208,570 | 3,54 % | İspaniya | 70 695,360 | 2,37 % |
Bu ilin yanvar ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 70,5 % (2,104 milyard ABŞ dolları) artaraq 5,908 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin yekunları üzrə ölkənin xarici ticarət dövriyyəsi 6,98 % azalaraq 47,612 milyard ABŞ dolları təşkil edib.