Yanvarda Azərbaycanın xarici ticarət tərəfdaşı olan 10 əsas ölkənin siyahısı açıqlanıb

Biznes
  • 18 fevral, 2025
  • 15:37
Yanvarda Azərbaycanın xarici ticarət tərəfdaşı olan 10 əsas ölkənin siyahısı açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanın əsas ticarət tərəfdaşları ilə əmtəə dövriyyəsi 80,25 % (1,776 milyard ABŞ dolları) artaraq 3,989 milyard ABŞ dolları təşkil edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 əsas ticarət tərəfdaşı ilə əmtəə dövriyyəsinin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 78,37 % olub.

İtaliya hesabat dövründə 1,432 milyard ABŞ dolları məbləğində əmtəə dövriyyəsi (illik artım 2,86 dəfə) ilə Azərbaycanın ən böyük ticarət tərəfdaşı statusunu qoruyub.

Növbəti pillələrdə Türkiyə (483,292 milyon ABŞ dolları; +1,63 %), Rusiya (411,813 milyon ABŞ dolları; +36,98 %), Çin (379,557 milyon ABŞ dolları; +43,34 %) və Almaniya (283,431 milyon ABŞ dolları; +29,3 %) qərarlaşıb.

2025-ci ilin yanvar ayında TOP-10

2024-cü ilin yanvar ayında TOP-10

Ölkələr

Ticarət dövriyyəsi ($)

Ümumi ticarət dövriyyəsində xüsusi çəki

Ölkələr

Ticarət dövriyyəsi ($)

Ümumi ticarət dövriyyəsində xüsusi çəki

İtaliya

1 432 818,370

28,15 %

İtaliya

499 636,460

16,73 %

Türkiyə

483 292,950

9,49 %

Türkiyə

475 522,570

15,92 %

Rusiya

411 813,070

8,09 %

Rusiya

300 643,880

10,07 %

Çin

379 557,030

7,46 %

Çin

264 801,070

8,87 %

Almaniya

283 431,900

5,57 %

Almaniya

219 210,410

7,34 %

Avstraliya

226 683,210

4,45 %

İsrail

120 478,02

4,03 %

Çexiya

208 500,050

4,1 %

Hindistan

93 932,520

3,15 %

Böyük Britaniya

193 992,720

3,81 %

Yunanıstan

89 416,500

2,99 %

Xorvatiya

188 904,310

3,71 %

ABŞ

78 838,480

2,64 %

Meksika

180 208,570

3,54 %

İspaniya

70 695,360

2,37 %

Bu ilin yanvar ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 70,5 % (2,104 milyard ABŞ dolları) artaraq 5,908 milyard ABŞ dolları təşkil edib.

2024-cü ilin yekunları üzrə ölkənin xarici ticarət dövriyyəsi 6,98 % azalaraq 47,612 milyard ABŞ dolları təşkil edib.

44 filmi