Ukraynanın taksi xidmətinin Azərbaycandakı törəməsi nizamnamə kapitalını azaldır

Ukraynanın taksi xidmətinin Azərbaycandakı törəməsi - “Uklon Azərbaycan” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, hazırda 5,602 milyon manat olan kapitalın nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o məlumdur ki, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 125 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Uklon Azərbaycan” 2023-cü ildə dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər