Türkiyənin aparıcı İT şirkəti Azərbaycan bazarına daxil olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Arksigner Yazılım Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospeki, 15, nizamnamə kapitalı 5 000 manat, qanuni təmsilçisi isə Elvin Rövşən oğlu Davudovdur.

Xatırladaq ki, "Arksigner Yazılım” Türkiyənin aparıcı İT şirkətidir.

Digər xəbərlər

PMD Group yenidən təşkil olunur 20 noyabr, 2026 / 15:50