Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 24 şirkət yaradıblar ki, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur.
“Report” bu barədə Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, yanvar ayında yaradılan şirkətlərin 2-sı (illik müqayisədə 33,3 % az) səhmdar cəmiyyət, 22-si isə (83,3 % çox) məhdud məsuliyyətli cəmiyyət formasındadır.
Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 1 milyard 316,905 milyon türk lirəsi (2022-ci ilin eyni dövrünə nisbətən 745,5 milyon lirə və ya 2,3 dəfə çox) təşkil edir. Bunun 1,4 %-i və ya 18,44 milyon lirəsi (14,783 milyon lirə və ya 5 dəfə çox) Azərbaycanın payına düşüb.