Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 85,987 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Təkcə mayda Türkiyə Azərbaycana 24,414 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 39,6 % çoxdur.
5 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 6,2 % artaraq 7,054 milyard ABŞ dollarına, may ayında isə 12,2 % artaraq 1,677 milyard ABŞ dollarına çatıb.