Səfir: "Azərbaycan və Ermənistan arasında sülh prosesi regionun iqtisadi inkişafına ümid verir"

Azərbaycan və Ermənistan arasında sülh prosesi regionun iqtisadi inkişafına ümid verir.

"Report"un məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Almaniya-Azərbaycan İxracın Maliyyələşdirməsi Konfransı 2025"in açılış mərasimində bildirib.

"Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi regionda təkcə sülhə deyil, həm də daha böyük sabitlik və iqtisadi inkişafa ümid verir. Bu çox mühüm siqnaldır", - səfir qeyd edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34