Sahil Babayev: "İqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə bərabərdir"

Bakı. 5 iyul. REPORT.AZ/  "Azərbaycanda aparılan islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlara daha yaxşı şərait üçün imkan yaradır". "Report" xəbər verir ki, bunu "Şərq tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının 80%-i özəl sektorun payına düşür: "Hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 70%-ə bərabərdir. İqtisadiyyatın diversifikasiyası üçün də kompleks işlər aparılır".

Nazir müavini deyib ki, yaxın günlərdə ixracatçılar klubunun növbəti tədbiri keçiriləcək, bu da ixracatçılara müsbət şəraitin yaradılmasına xidmət edir.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51